Azedu.az

Bağça müdiri olmaq istəyənlərin MÜSAHİBƏSİ

Bağçalar

Bakı Şəhər üzrə Təhsil İdarəsi

25 Aprel 2025, 15:38
Bağça müdiri olmaq istəyənlərin MÜSAHİBƏSİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

İdarədən AzEdu.az-a verilən məlumata görə, müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 131 namizəd iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müsahibə mərhələsində namizədə vəzifəyə uyğun müvafiq meyarlar üzrə açıq və praktik suallar verilib. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcək.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox