Azedu.az

DEPUTAT: Bu addım uşaqların gələcəyi üçün mühümdür 

Bağçalar

19 Noyabr 2024, 16:42
DEPUTAT: Bu addım uşaqların gələcəyi üçün mühümdür 

"Bakıdakı bütün yeni tikilən çoxmərtəbəli binaların 1-ci mərtəbəsində bağçaların layihələndirilməsi tələbi qoyulsa, uşaqların gələcəyi üçün mühüm qərarlardan biri olar"

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

“Ölkəmizdə 1 844 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onlardan 1 696 ədədi dövlət, 148 ədədi özəldir. 1-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirakı 2023-cü ildə  35.3% təşkil edib. Lakin uşaqların sayına düşən bağçaların sayı 14 yaşınadək uşaqların 2.216 min olduğunu nəzərə aldıqda, 1200 nəfərə 1 bağça düşür. Əhali sayı 5.7 milyon olan Qırğızıstanda bağça və körpələr evinin sayı eynilə bizdə olduğu qədər, yəni 1843 təşkil edir, Belarusda isə 3 min 879 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Ölkədə bağça tikənlərdən 10 il vergi alınmasa, o cümlədən, Bakı şəhərində bütün yeni tikilən çoxmərtəbəli binaların 1-ci mərtəbəsində bağçaların layihələndirilməsi tələbi qoyulsa, uşaqların gələcəyi üçün mühüm qərarlardan biri olar”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox