Azedu.az

Bağçalarda düzgün qidalanma necə olmalıdır? 

Bağçalar

29 Oktyabr 2024, 09:25
Bağçalarda düzgün qidalanma necə olmalıdır? 

Bu gün əksər ailələr övladlarını bağçaya göndərərkən, ən yaxşı bağçanı seçmək üçün müxtəlif araşdırmalar aparır. Bu prosesdə uşaqlar üçün hazırlanan yeməklərə və onların gigiyenasına xüsusi diqqət yetirilir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, bütün məktəbəqədər təhsil müəssisələrində hər həftə vahid menyu hazırlanır.

 

"Məktəbəqədər təhsil müəssisələrində qidalanma rasionu, 103 və 171 saylı qanuna uyğun olaraq müəyyən edilir. Bütün ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində (özəl bağçalar istisna olmaqla) bütün rasionlar bu qayda əsasında hazırlanır. Əslində, menyunun hazırlanması özəl bağçalara da aiddir. Amma bəzi hallarda onlara nəzarət edilmədiyi üçün öz istəklərinə uyğun qida menyusu tərtib edə bilirlər.

 

Hər həftə bütün məktəbəqədər təhsil müəssisələrində vahid menyu tərtib edilir, xüsusi təlimatlar əsasında qidalar hazırlanır. Azərbaycanda müəyyən bağçalar var ki, orada vahid menyu əsasında hazırlanmış qidalar paylanılır. Digər müəssisələrdə isə bağçalara ərzaq paylanılır və bağça daxilində həmin ərzaqlardan yeməklər hazırlanır.

 

Bağçada uşaqlara qızardılmış kartof, kotlet və bənzəri yeməklər verməyə bizim hüququmuz yoxdur. Bağça daxilindəki bütün qidalar faydalı ərzaqlardan hazırlanmalıdır. Məsələn, qarabaşaq, düyü, bulqur kimi qidalar olmalıdır. Uşaqlar evdə makaron, vermişel və kartof qızartmasını sevsələr də, bu qidaların zərərli olduğu danılmazdır. Biz də bağçada bu qidaları daha faydalı şəkildə, məsələn, kartof qızartmasını buxarda bişirərək uşaqlara təqdim edirik".

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox