Azedu.az

Naxçıvanda İLK: Bağçalarda diaqnostik qiymətləndirilmə  keçirilir

Bağçalar

20 Oktyabr 2024, 13:36
Naxçıvanda İLK: Bağçalarda diaqnostik qiymətləndirilmə  keçirilir

Bu gün  Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilir

AzEdu.az-ın xəbərinə görə, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında   Naxçıvan Muxtar Respublikasının məktəbəqədər təhsil müəssisələrindən 160  tərbiyəçi-müəllimin iştirak edir. 

Qeyd edək ki, bu gün ümumilikdə iki seansada keçiriləcək prosesdə 300-ə yaxın  tərbiyyəçi- müəllimin  iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki,  məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox