Azedu.az

"Məktəbəhazırlıq qruplarında ibtidai sinif müəllimləri dərs deməməlidir"

Bağçalar

14 Oktyabr 2024, 15:22
"Məktəbəhazırlıq qruplarında ibtidai sinif müəllimləri dərs deməməlidir"

“Məktəbəqədər təhsil təhsilin ilkin pilləsidir, məktəbəhazırlıq qrupları isə məktəbəqədər təhsilin sonuncu hissəsidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva deyib.

 

Mütəxəssis qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil müəsisələri yalnız 16% uşağı qəbul edə bilir:

 

“Yerlər məhdud olduğu üçün bütün uşaqlar bağçaya gedə bilmir. Bu məsələni həll etmək üçün də alternativ versiyalar düşünülür. Bu alternativ üsullardan biri də məktəbəhazırlıq qruplarıdır. Hazırda Azərbaycanda məktəbəhazırlıq qruplarının əhatə dairəsi 33-34% təşkil edir.

Onu da qeyd edim ki, məktəbəqədər təhsil, təhsilin ilkin pilləsi, məktəbəhazırlıq isə məktəbəqədər təhsilin sonuncu hissəsidir.

Burada müsbət cəhətlərdən biri odur ki, bağçaya gedə bilməyən 80% uşaq məktəbəhazırlıq qruplarında təhsil ala bilir. Bu dövrdə onlar müəyyən qədər adaptasiya prosesindən keçir, məktəbə alışırlar.

Ancaq digər bir mənfi nüans da var ki, bu qruplarda işləyənlər ibtidai sinif müəllimləridir. Həmin müəllimlər məktəbəqədər hazırlıq yaş dövrünun psixoloji, fizioloji nüanslarını bilmədiyi üçün uşaqların həyatlarına mənfi təsir edə bilərlər”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox