290 nömrəli körpələr evi - uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.
AzEdu.az xəbər verir ki, 290 nömrəli məktəbdən məsələ ilə bağlı məlumat verilib.
Bildirilib ki, 290 nömrəli körpələr evi - uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.
Qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.