Azedu.az

Pediatr: Bu tərəvəzlər uşaqlar üçün ZƏRƏRLİDİR

Bağçalar

17 Sentyabr 2024, 16:21
Pediatr: Bu tərəvəzlər uşaqlar üçün ZƏRƏRLİDİR

Hər bir valideyn uşağının sağlamlığı üçün onun qidalanmasına ciddi nəzarət edir. Ona görə də yeməklərdə üstünlük daha çox tərəvəzlərə verilir. Tərəvəzləri isə əksər uşaq sevmir. Ancaq valideyn isə tərəvəzlərin xeyrinə çox inanır.

 

Maraqlıdır bütün tərəvəzlər uşaqlar üçün xeyirlidir? Elə tərəvəzlər varmı ki, onlar uşaqlara faydalılıqdan çox, zərər verir?

 

Mövzu ilə bağlı AzEdu.az-a pediatr Aytən İsmayılzadə açıqlama verib:

 

A.İsmayılzadə bildirib ki, bəzi tərəvəzlər uşaqların orqanizmi üçün zərərli ola bilir:

 

“Ümumiyyətlə hər bir qidanı insanın yeməsi vacib deyil. Müəyyən bir qrup qidalar var ki, bədənimiz onları qəbul etməyə bilər. İmmunitetimiz həmin qidaların zülallarını yad olaraq qəbul edir. Bu, uşaqlara da aiddir. Bəzi qidalar uşaqlarda narahatlıq - köp, qəbizlik və s. yaradırsa, valideyn bunu diqqətdə saxlamalıdır”.

 

Pediatr qeyd edib ki, daha çox zülal tərkibli tərəvəzlər uşağa verilməlidir:

 

“Məsələn, lobya, noxud, mərci və s. bu kimi qidalar uşaqlar üçün çox faydalıdır. Pomidor və xiyar isə həm dərmanlı, həm də alergik məhsuldur. Ona görə də uşaqların bu kimi tərəvəzləri yeməsi məqsədəuyğun deyil. Həmçinin, alergik uşaqlara badımcan və bibər də vermək olmaz. Hər nə qədər bibərdə C vitamini çox olsa da, bu, alergiyası yüksək olan uşaqlar üçün təhlükəli ola bilər. Kartofun da uşaqların qidasında üstünlük verilməməsi arzuolunandır.

 

Uşaqların qida rasionunda kök, çuğundur, kələm, həmçinin brokoli və gül kələmin olması vacibdir”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox