Azedu.az

Erkən yaşda təhsil... – Zərər və faydaları

Bağçalar

Tələbə və şagird

17 Sentyabr 2024, 09:16
Erkən yaşda təhsil... – Zərər və faydaları

Hər bir valideyn övladının gələcəkdə savadlı olmasını istəyir. Bunun üçün də onları erkən yaşlardan dil kurslarına və müxtəlif fənlər üzrə hazırlığa göndərirlər. Təbii ki, yeni biliklər əldə edib, dil öyrənmələri onların xeyrinədir. Amma buna daha kiçik yaşlardan başlanması ekspertlər tərəfindən birmənalı qarşılanmır.

Maraqlıdır, erkən yaşda uşaqları dərs oxumağa, hazırlığa cəlb etmək onların gələcək həyatlarına necə təsir edir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis İlqar Orucov  bildirib ki, erkən yaşda uşağı dərsə cəlb etmək elə formada olmalıdır ki, həyatına müdaxilə edilməsin:

“Hesab edirəm ki, erkən yaşda uşaqları dərsə cəlb etmək düzgün tənzimlənərsə ona ziyan deyil, fayda verər. Uşaqların ümumi inkişaf vəziyyəti fərqli olur. Valideyn hər bir uşaq ilə onların inkişafına müvafiq olaraq fərqli yanaşmalıdır.

Düşünürəm ki, valideynlər övladlarını hansısa dil kursları və ya dərnəklərə göndərərkən, mütləq şəkildə ailə uşaq həkimi, psixoloq ilə məsləhətləşsinlər. Bu kimi mövzularda seçim etmək çox zaman savadlı valideynlər üçün çətin olmur. Çünki onlar uşaq dünyaya gəlməmişdən öncə onun inkişafına dair müvafiq elmi ədəbiyyat oxuyur, biliklərini genişləndirirlər. Ata və ana olmağa hazırlaşan savadlı insanlar övladlarının gələcək həyatlarını doğru qurmaq üçün lazımi biliklər qazanırlar. Əldə ediləm biliklər uşaqların tərbiyəsində çox böyük kömək olur.

Ancaq uşağın şahmata, hər hansısa dərnəyə, dil kursuna meyili yoxdursa, valideyn bunu nəzərə almalıdır. Bu nökteyi-nəzərdən uşağın qavrama qabiliyyəti və psixi vəziyyəti yoxlanmalıdır ki, ona əlavə yük tətbiq olunmasın”.

Müsahibimiz qeyd edib ki, uşağın asudə vaxtı olmalı, bu zaman çərçivəsində oyun oynamalı, gəzintiyə çıxıb əylənməlidir:  

“Bütün bunlar düzgün tənzimlənərsə, əlbəttə ki, azyaşlıları həftənin müəyyən günləri dil kurslarına, intellektual oyunlara və s. cəlb etmək olar. Uşağın gününü düzgün və doğru istiqamətləndirməliyik”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox