Azedu.az

40-dan çox bağça müdiri işdən çıxarıldı

Bağçalar

Müəllimlər və elm adamları

12 Sentyabr 2024, 13:11
40-dan çox bağça müdiri işdən çıxarıldı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Qurumdan AzEdu.az-a verilən məlumata görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:

-təşkilati-sənədləşmə işlərinin,
-uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;
-davamiyyətin aşağı olması;
-prosesə nəzarətin düzgün təşkil edilməməsi;
-uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi;

Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox