Azedu.az

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı suallar cavablandırılacaq

10 İyul 2024, 13:08
Məktəbəhazırlıq qruplarına qəbulla bağlı suallar cavablandırılacaq

İyulun 10-da saat 17:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyatla bağlı məsələlər müzakirə olunacaq. Canlı yayımda valideynləri maraqlandıran suallar cavablandırılacaq.

 

AzEdu.az xəbər verir ki, məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyatla bağlı yaranan suallarınızı paylaşımın şərh bölməsində yaza bilərsiniz.

 

Mövzu ilə əlaqədar suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.

 

Qeyd edək ki, canlı yayımı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox