Bölgələrdə, bağçaların sayının azlığı ilə bağlı tez-tez valideynlər narazılıq edirlər.
AzEdu.az Təhsil Portalı olaraq bağçaların sayını öyrənmək məqsədi ilə sorğu keçiririk. Bu dəfəki sorğumuzu Gəncə-Raşkəsən Regional Təhsil İdarəsinə ünvanladıq.
İdarədən sorğumuza cavab olaraq bildirildi ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 123 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:
Gəncə şəhəri üzrə təhsil sektorunda 42;
Göygöl rayonu üzrə təhsil sektoru 18;
Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda 33;
Samux rayonu üzrə təhsil sektorunda 19;
Daşkəsən rayonu üzrə təhsil sektoru isə 11 müəssisə mövcuddur.