Ölkə ərazisində fəaliyyət göstərən bağçaların sayının azlığı ilə bağlı tez-tez validenlər narazılıq edir.
Bölgələr üzrə ayrı-ayrılıqda bağçaların sayını öyrənmək üçün AzEdu.az Təhsil Portalı olaraq sorğu keçiririk.
Bu dəfəki sorğumuzu Lənkəran-Astara Regional Təhsil idarəsinə ünvanladıq.
Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, regional təhsil idarəsinin tabeliyində ümumi 121 bağça fəaliyyət göstərir:
“Onlardan 20-si Cəlilabadda, 17-si Masallıda, 51-i Lənkəranda, 16-sı Astarada, 13-ü Lerikdə, 4-ü isə Yardımlıdadır”.