Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsinə start verilib.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi çərçivəsində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən "Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması" layihəsinin icrasına başlanılıb.İlk təlimlər 24 və 26 saylı körpələr evi-uşaq bağçalarında keçirilib.