Abşeron rayonunda yeni inşa edilmiş uşaq bağçası istifadəyə verilib.
Bu barədə AzEdu.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunda yeni inşa edilmiş bağça 280 yerlik və 3 korpusdan ibarətdir. 12 qrup üçün nəzərdə tutulan bağça ilkin mərhələdə 3 qrup üzrə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Abşeron rayonunda 3365 məktəbəqədər yaşlı uşağı əhatə edən 31 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 13-ü son 10 ildə inşa edilərək istifadəyə verilib.