Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
AzEdu.az xəbər verir ki, Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hazırlıq iclası oktyabrın 29-da davam etdiriləcək.
İttihama görə, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib.
T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra bağçanın açılışına gəlmələrini deyib. Təxminən 19 qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
Xatırladaq ki, iş üzrə 19 zərərçəkmiş, 91 nəfər şahid var.