Azedu.az

Azərbaycandakı özəl bağça və məktəblərin sayı MƏLUM OLUB

Bağçalar

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

18 Yanvar 2024, 14:10
Azərbaycandakı özəl bağça və məktəblərin sayı MƏLUM OLUB

Bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas, peşə və orta təhsilə malikdir. 



AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.



2024-cü il yanvar ayının 1-nə olan rəsmi məlumata görə, ölkədə fəaliyyət göstərən 1696 dövlət və 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118 min uşaq tərbiyə alır. 



2023-2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, ölkənin 4388 dövlət və 34 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alır. 



Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 23,5 faiz təşkil edir.



2023-cü ildə əyani ümumi təhsil müəssisələrini bitirən 98,3 min nəfər məzundan 97,8 min nəfəri və ya 99,5 faizi tam orta təhsil haqqında attestat alıb. 2022-ci illə müqaisədə attestat alan məzunların sayı 9 faiz artıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox