Azedu.az

Bağçalara müdir vəzifəsinə sənəd qəbulu mərhələsi BAŞLAYIR

Bağçalar

Maraqlı

Müəllimlər və elm adamları

13 Dekabr 2023, 17:10
Bağçalara müdir vəzifəsinə sənəd qəbulu mərhələsi BAŞLAYIR
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.
 
 
Bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən AzEdu.az-a məlumat verilib. 
 
 
Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 14-21 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 14 dekabr saat 11:00-dan 21 dekabr saat 11:00-dək //miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
 
 
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox