Azedu.az

Orta təhsilli müəllimlərin bağçalarda işləməsinə icazə VERİLMƏYƏCƏK

Bağçalar

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

11 Dekabr 2023, 10:43
Orta təhsilli müəllimlərin bağçalarda işləməsinə icazə VERİLMƏYƏCƏK

“Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir.”

 

 

AzEdu.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

 

 

Nazir qeyd edib ki, növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssisləri minimum bakalavr təhsil sahəsində hazırlanmasına nail olunacaq:

 

“Uzun müddətdir ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlanır. Yəqin ki, eyni qayda məktəbəqədər təhsilə də tətbiq olunacaq. Növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssislərinin məhz ali təhsil sahəsində ,yəni minimum bakalavr təhsil sahəsində hazırlanmasına nail olmalıyıq. Bununla bağlı qısa müddət ərzində dəyişiklikləri diqqətinizə çatdıracayıq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox