"Məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bununla bağlı UNİCEF-lə əməkdaşlıq edirlir:
"Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar əsasən kəndlərdə təşkil olunacaq. Hazırda məktəbəqədər təhsildə 36-37 faizlik əhatəliliyin təxminən yarısı alternativ məktəbəqədər təhsil modelləri ilə təmin olunur".