Azedu.az

Bağçalarda ərzaq təminatı üçün ayrılan vəsait azalıb

Bağçalar

Maraqlı

3 Noyabr 2023, 13:24
Bağçalarda ərzaq təminatı üçün ayrılan vəsait azalıb

Maliyyə naziri Samir Şərifov bağçalarda ərzaq təminatı üçün ayrılan vəsaitin azaldılması ilə bağlı məsələyə aydınlıq gətirib.

 

AzEdu.az xəbər verir ki, nazir parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında ərzaq təminatı ilə bağlı vəsaitin azalmasını təsdiqləyib.

 

S.Şərifov bildirib ki, doğrudan da azalma var: “Amma söhbət maddələrdən gedir. Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda isti yemək verilməsi yolu ilə ketrinq şirkətlərini bu işlərə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox