Azedu.az

Bağçalarda təhlükəsiz öyrənmə mühiti mövzusunda təlim...

Bağçalar

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

9 Oktyabr 2023, 11:38
Bağçalarda təhlükəsiz öyrənmə mühiti mövzusunda təlim...

“Məktəbəqədər təhsil müəssisəsində təhlükəsiz öyrənmə mühitinin təmin olunmasında pedaqoji heyətin rolu” mövzusunda təlim keçirilib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün təşkil olunan təlimdə 40, 76, 86, 90, 138, 141, 151, 158, 159, 177, 178, 193, 210, 211, 215, 219, 234, 238, 266, 272, 274, 291, 292, 294, 295, 296, 297, 298, 327, 328, 329 nömrəli, həmçinin “Sahil” və “Delfin” körpələr evi və uşaq bağçalarının rəhbərləri və metodistləri iştrak ediblər.

 

Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və TDM-in metodisi Fərqanə Seyidli və psixoloqu Heyran Səfərova məktəbəqədər təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsində pedaqoji liderliyin və heyətin rolu, valideynlərlə münasibətlərin tənzimlənməsində peşəkar etikanın əhəmiyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

 

Təlimlərin paytaxtdakı digər dövlət məktəbəqədər təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox