Novruz bayramı ilə əlaqədar ölkənin bir sıra məktəblərində tədbirlərin, Novruz şənliklərinin keçirilməsinə başlanılıb. Bəs belə tədbirlər uşaq evləri və uşaq sığınacaqlarında da keçirilirmi?
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva AzEDU-ya açıqlamasında bildirib ki, Azərbaycanda hər il uşaq evləri və sığınacaqlarında mütəmadi olaraq yeni il, Qurban bayramı və Novruz bayramıyla bağlı xeyli tədbirlər baş tutur:
“Bu tədbirləri çox yaxşı qiymətləndirirəm. Uşaqlara xeyriyyəçilər və dövlət qurumları tərəfindən xüsusi diqqət göstərilir.
Bizim sığınacağa, artıq martın 12-sindən etibarən müxtəlif insanlar gəlir. Uşaqlara dəstək göstərən, onlara hədiyyələr bağışlayan bir çox şəxs var. Onlar üçün novruz geyimləri alınır və böyük şənliklər təşkil olunur”.
Nəzrin Rüstəmova