"Artıq Bakı şəhəri üzrə 2000 yaxın tərbiyəçi müəllimlərin təlimləri həyata keçirilir".
AzEdu.az xəbər verir ki, bu sözləri "Təhsil Masası" " Tərbiyəçi-müəllimlərin işə qəbulu və təlimi" mövzusunda çıxışı zamanı Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova deyib.
"Bu il ilk dəfə olaraq sertifikasiya prosesinə 4539 təhsil isçisi qatılıb. Test mərhələsi zamanı 60 sualın 35-nə cavab verən namizəd 2 mərhələyə keçmək hüququ qazanıb. İkinci mərhələyə hesab edilən müsahibə zamanı 40 bal toplayan namizəd uğurlu hesab olunur. Biz müsahibə mərhələsi daha vacib hesab edirik".
İlahə Rəsulova qeyd edib ki, bu imtahan ilk dəfə keçirildiyinə görə test tapşırıqları asand salınmışdır.