Hazırda əsas problemli məsələlərdən biri də uşaqların bağçalara qeydiyyat prosesilə bağlıdır.
Övladını bağçaya göndərmək istəyən valideynlərin əksəriyyəti qeydiyyat zamanı sorğunun gec cavablanmasından, hətta bu haqda heç bir məlumat verilməməsindən şikayətlənirlər.
Bəs bağçalara növbəyə yazılan uşaqların qəbulu hansı şəkildə həyata keçirilir?
AzEdu.az xəbər verir ki, mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi 1 ay müddətində həyata keçirilir.
Sistem göstərilən müddət ərzində prioriteti olan uşaqların növbələrini sorğuya çevirir. Növbəti mərhələdə boş qalan yerlərə prioritetsiz (üstünlüyü olmayanlar) uşaqların yerləşdirilməsi təmin olunur.
Qeyd edək ki, bağçalara onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük verilir:
Ləman Novruz