Valideynlərin əksəriyyəti elektron qəbul zamanı yaranan texniki problemlərdən şikayətlənirlər. Bundan əlavə tərbiyəçilərin işə qəbulu müsabiqəsinin iştirakçıları keçid balının formalaşması və digər istiqamətlərdə məlumatsızlıqdan şikayətlənirlər.
"Bağçalarla bağlı fikir bildirmək çətindir. Hazırda məktəbəqədər təhsil sahəsi qapalı qutudur. Görünür ki, həm valideynlər, həm də müəllimlər bu prosesdən narazıdır".
ADPU-nun Məktəbəqədər Təhsilin Pedoqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil müəssisələrindəki mövcud problemlərə diqqət çəkib:
"Məktəbəqədər təhsil sahəsi üzrə valideynlərin və müəllimlərin şikayətləri getdikcə çoxalır. Bu isə gözlənilən hal idi. Bağçalarda yaranacaq problemlər gözlənilən idi. Hazırda məktəbəqədər təhsil sahəsində ən böyük problem ölkədə bağçaların azlığıdır.Valideyn övladını bağçaya qoymaq istəyir,amma bağça sayının az olması problem yaradır.
Bu problemləri aradan qaldırmağın yollarını nazirlik bilir. Ancaq nazirlikdə ictimaiyətə açıq formada işləmir. Yəqin ki problemləri həll eləmək yolundə müəyyən işlər görür. Çünki bu problemlər bir ilə həll olunacaq problemlər deyil. Bu çox geniş sahədir. Bunun həm metodiki, həm təsərrüfat, həm maliyyə, həm də tikinti hissəsi var. Təhsil işçiləri üçün isə, əsas hissə metodiki dəstək hissəsidir. Amma hələ ki, bu hissə ilə bağlı işlər aparılmır".
Baş müəllim, problemin səbəblərindən danışaraq, yeni qurulacaq sistemin məsələsinin həllindəki rolunu dəyərləndirib:
"Nazirliyin məktəbəqədər təhsil sahəsində peşəkarlar və mütəxəssislər ilə işləməsi vacibdir. Elm və Təhsil Nazirliyi bu prosesə bağçalarda əvvəlcədən fəaliyyət göstərmiş insanları cəlb etməlidir. Bununla bağlı proses təşkil etməlidir. Bugün üçün isə, bu, mümkün görünmür. Bəlkə də, nazirlik hazırda bağçalar üzrə işlər görür, sadəcə olaraq ictimaiyyətə heç bir məlumat vermir. Bu da ola bilsin nazirliyin siyasətidir".
"Mən proseslə bağlı məlumat verə bilmirəm. Çünki, heç bir məlumatım yoxdur"-deyə baş müəllim öz təəssüflüyünü ifadə edib:
“Məndə bu prosəseslə bağlı hansısa bir məlumat verə bilmirəm. Çünki bu prosedurla bağlı hələ ki, mənim də heç bir məlumatım yoxdur. Azərbaycan məktəbəqədər təhsil sahəsində yenilik etmək istəyiriksə, bu sahəni mükəmməl bilməliyik. Ya bu sahəni öyrənmək üçün illər itirməliyik, ya da bu işə peşakarları cəlb etməliyik.
İlk olaraq bağçalarda nəyin mənfi, nəyin müsbət olduğunu aydınlaşdırmaq lazımdır. Amma, təəssüf ki, belə sistem yoxdur. Sadəcə o bilinir ki, nazirlik müəyyən işçi qrupları yaradıb və bağçalarda müəyyən araşdırmalar aparır".
Mütəxəssis məktəbəqədər təhsil müəssisələrinə işə qəbul prosesindən də danışıb, problemin həlli üçün alternativ yollar təklif edib:
"Nazirlik imtahandan öncə müəllimlərin keçid balının nə qədər olduğunu haqqında məlumat verməli idi"
"Qaldı ki, qiymətləndirmə meyarına yəqin ki, nazirlik bu haqda bir meyar hazırlayır və ya hazırlanacaq bu haqda dəqiq bir məlumat deyə bilmirəm. Çünki, bu haqda ictimaiyyətə heç bir məlumat verilməyib. Ancaq imtahan evvəl bu meyarlar haqqında məlumat verilməli idi. Çünki, müəllim hansı formada imtahan verəcəkləri və keçid balının nə qədər olduğunu öncədən bilməli idi .
Balların deyilməməsi əlbəttə ki, vakant yerlərin az olması ilə bağlıdır. Çünki, bağçalar tərbiyəçi müəllimlərlə tam olaraq təmin olunmuş müəssisələrdir. Həmin şəxsləri çıxarıb, yerinə yeni birini götürmək mümkün deyil. Bu prosedur üçün müəyyən müddət lazımdır. İstənilən halda bu proses bir ilə başa gələ bilməz. Bunun üçün ayrıca böyük kamanda hazırlanmalıdır. Əlbəttə ki, bu komanda işi bilən mütəxəssislərdən ibarət olmalıdır"- deyə ekspert bildirib.