Azedu.az

Qəzaya düşən şagirdlərdən 5-i xəstəxanadadır - 1 qızın vəziyyəti ağırdır - RƏSMİ

Bağçalar

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Uğur hekayələri

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

12 Mart 2018, 07:12
Qəzaya düşən şagirdlərdən 5-i xəstəxanadadır - 1 qızın vəziyyəti ağırdır - RƏSMİ

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərin müalicəsi davam etdirilir.

Bu barədə Modern.az-a İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat evrib.

A.Əhmədova deyib ki, martın 11-də Yevlax xəstəxanasında 15 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb:“5 nəfər isə Mingəçevir xəstəxanasındadır. Onlardan 4 nəfərinin vəziyyəti stabildir. Bir nəfərin vəziyyəti isə ağır-stabil olaraq qalır. Çünki açıq beyin əməliyyatı keçirib”.

Qurum rəsmisi vəziyyəti ağır olan şagirdin adını açıqlamasa da, qız olduğunu bildirib.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox