Azedu.az

“Bağçalara uşaq qəbulu asanlaşacaq” – Emin Əmrullayev

Bağçalar

4 May 2022, 13:06
“Bağçalara uşaq qəbulu asanlaşacaq” – Emin Əmrullayev

"Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir. Bu göstəricilər ümumilikdə qənaətbəxşdir". 

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, problemli müəssisələr yenə qalmaqdadır: 

 

"Eyni zamanda işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi, bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq, asanlaşacaq".

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox