“Məktəbəhazırlıq qrupları uşaqa zehni və psixoloji mənada çox vacibdir. Çünki məktəb altıyaşlı uşağa görə həm fiziki, həm də psixoloji mənada tanış olmayan tamamilə başqa bir mühitdir. Uşaqları öncədən dəftərə, kitaba, partaya, oxumağa, yazmağa və s. öyrətməyin çox böyük əhəmiyyəti var. Amma əksər valideynlər istəyirlər ki, hələ məktəbə getməmiş övladları “Eynşteyn” olsun”.
Bu sözləri AzEdu.az-a açıqlamasında həkim-pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, çağdaş dövrün uşaqları həddindən artıq hiperaktiv, nadinc, dəcəl, eyni zamanda, daim hərəkətdədirlər:
“O yaşda olan uşaqları partada oturdub , heç olmasa, yarım saat kitaba baxmağı, dəftərə hər hansısa bir şeyi yazmağı məcbur eləmək çox çətindir. Bütün uşaqlara eyni cür yanaşmaq yanaşmaq düzgün deyil.
Uşaqların bəziləri kitab, dəftərə böyük həvəs göstərdiyi halda, əksəriyyətində bu həvəsi görmək mümkün deyil. Uşaqların psixikasını qorumaq üçün valideyn də, müəllim də onlara fərdi yanaşmalıdır.Uşağın əgər bir ay və ya iki ay kitab, dəftərə həvəsi yoxdursa, onu məcbur etməyin heç bir mənası yoxdur. Onlarla çox mehriban, yumşaq davranmaq lazımdır.
Uşaqlarla aqressiv davrandıqda onlarda aqressivdə cavab verir. Əgər valideyn və ya müəllim aqressiv uşaqa yanaşaqcaqsa, o da aqressivləşib ümumiyyətlə, kitab, dəftərdən uzaq düşəcək”.
Pediatr açıqlamasında bildirib ki, hər bir uşağın kitab, dəftərə, oturmaya meyillini öncədən hiss edib onların hər birisinə fərdi yanaşmaq lazımdır.
“Qrupda əgər 10-15 uşaq varsa, hamısında qavrama qabiliyyəti, partada oturma qaydası eyni ola bilməz. Bu yaşdan etibarən, yaxşı olardı ki, valideyn də, müəllim də partada oturmaq qaydasını uşağa öyrətsin. Çünki uşaqlar məktəbdə hər şey əvvəl düzgün oturmurlar. Onurğa sütunun qamətini əyilməsində düzgün oturmağın çox böyük əhəmiyyəti var. İndi hal-hazırda skolioz xəstəliyi çoxalıb. Onun bir səbəbi də uşaqa oturma vərdişinin vaxtında aşılanmamasıdır. Valideynlərin əksəriyyəti bunun səbəbini müəllimdə görür. Bu, düzgün deyil çünki uşaq evdə də oturur. Müəllimdə, valideyndə qarşılıqlı günahlandırılır, çünki hər ikisi bu işə eyni cür yanaşmalıdır.
Uşaqlar yorulmamalıdır, çünki onların psixikaları çox zəifdir. Onlar daha çox fiziki baxımdan hərəkətdə olmaq istəyirlər , nəinki zehni. Davamlı, uzun müddətli yorğunluq uşaqların xəstəliyə müqavimətini azaldır. Uşaqlarda yorğunluq immunitetini azaldaraq xəstəliyə meyilliyini artırır. Uşaq neçə saat və ya neçə dəqiqə oxuyub yazmaq istəyirsə, məcbur etmək yerinə, onları ruhlandırmaq lazımdır. Uşaq hər-hansısa bir şeyi duzgün yaza bilməyəcək də, müəyyən şeiri əzbərləyə də bilməyəcək o mənada nəyi deyirsə azda olsa mütləq onları ruhlandırmaq lazımdır ki uşağın həmin yaşda oxumağa, yazmağa meyli artsın”.
Günel YAŞARQIZI