AzEdu Təhsil Portalında təhsil iştirakçıları, təhsilalanlar və valideynlərin təhsilin müxtəlif səviyyə və pillələri üzrə tez-tez qarşılaşdığı problemlərlə bağlı keçirilən həftəlik sorğuları davam edir.
İlk sorğu məktəbəqədər təhsil müəssisələrilə (bağçalarla) bağlı ən çox üzləşilən problemlər istiqamətində həyata keçirildi. Bunun üçün iştirakçılar təqdim edilən kateqoriyalarda, bu mövzuda üzləşdikləri problemlərdən birinə səs verərək sorğuda iştirak etdilər.
Sorğunun nəticəsinə əsasən. Hazırda ən çox rast gəlinən və insanları düşündürən məsələ işəqəbul prosesi və bunun gələcək taleyidir. Səsvermənin ümumi nəticəsini faiz sıralaması ilə təqdim edirik:
Qeyd edək ki, bağçalara işəqəbul prosesi və bunun gələcək taleyi ilə bağlı ötən həftə Təhsil Nazirliyinin təşkil etdiyi canlı yayımda ətraflı məlumatlar verilmiş və hər kəsi maraqlandıran suallar cavablandırılmışdı. Bun baxmayaraq görünür ki, bu məsələ hələ də təhsil ictimaiyyətini narahat edən vacib mövzular sırasında qalmaqda davam edir.