Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib.
AzEdu.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olacaq:
Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
1. | İdarə rəisi | 864 |
2. | İdarə rəisinin müavini | 624 |
3. | Baş mühasib, sektor müdiri | 565 |
4. | Baş mühasibin müavini, baş məsləhətçi | 534 |
5. | Metodiki Mərkəzin müdiri | 516 |
6. | Aparıcı məsləhətçi | 500 |
7. | Məsləhətçi | 486 |
8. | Metodist | 470 |
9. | Bölmə rəhbəri | 450 |
10. | Böyük iqtisadçı, böyük mühasib | 444 |
11. | Aparıcı mühasib | 430 |
12. | İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis | 415 |
13. | Avtomobil sürücüsü | 400 |
14. | Katibə-kompüter operatoru | 354 |
15. | Xadimə, fəhlə | 325 |
Qeyd edək ki, qərarda uşaq bağçaları İcra Hakimiyyətinin tabeliyində kimi qeyd olunsa da, Prezident İlham Əliyevin sərəncamına əsasən, 20 dekabr 2021-ci il tarixindən etibarən dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.