Azedu.az

Zaqatalada körpələr evi-uşaq bağçası yandı -Yənilənib

Bağçalar

6 Yanvar 2022, 10:08
Zaqatalada körpələr evi-uşaq bağçası yandı -Yənilənib

Zaqatala rayonu, Bəhmətli kəndində uşaq bağçasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bununla bağlı FHN-dən məlumat verilib.

***

 

Bu gün səhər saat 07:50-də Zaqatala rayonunun Bəhmətli kəndində fəaliyyət göstərən, ümumi sahəsi 200 kvadratmetr olan 75 uşaq yerlik körpələr evi - uşaq bağçasında yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər aparılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox