Azedu.az

Bağçaya qəbul da elektron qaydada olacaq  

Bağçalar

Elm və Təhsil Nazirliyi

24 Dekabr 2021, 09:13
Bağçaya qəbul da elektron qaydada olacaq  

“Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

 

“İkinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik.

 

O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir”, - nazir qeyd edib.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox