“2021-ci ilə qədər 1825 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı deyib.
O, qeyd edib ki, həmin məktəbəqədər təhsil müəssisələrinin 1692-i dövlət məktəbəqədər təhsil müəssisələrini əhatə edir:
“Həmin məktəbəqədər təhsil müəssisələrində 126509 uşaq oxuyur”.