Azedu.az

Qubada 100 yerlik yeni körpələr evi-uşaq bağçası tikilib

2 Avqust 2018, 15:00
Qubada 100 yerlik yeni körpələr evi-uşaq bağçası tikilib

Quba şəhərində 100 yerlik yeni körpələr evi-uşaq bağçası tikilib.

AzEdu.az bölgə müxbiri xəbər verir ki, hazırda binada son tamamlama və tərtibat işləri həyata keçirilir. Bağçanın sentyabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.

Bu ilin yanvar ayından tikintisinə başlanılan ikimərtəbəli bağçanın ümumi sahəsi 1560 kvadratmetrdir.

Balacaların zövqünə uyğun qurulan uşaq bağçası, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün bütün lazımi inventarla təchiz olunacaq. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox