Azedu.az

Davam edən imtahanlar, MİQ-ə seçimlər-Həftənin Təhsil İcmalı

16 Avqust 2021, 10:27
Davam edən imtahanlar, MİQ-ə seçimlər-Həftənin Təhsil İcmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 9-15 avqust təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Şagirdlərin yerdəyişməsinə başlanılıb:

 

 

9 avqustdan saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılıb.

 

 

MİQ üzrə müsahibə mərhələsi başlayır:

 

 

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək.

 

 

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə vakansiya seçimi başlayıb:

 

 

Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biliblər.

 

 

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb:

 

 

Dövlət İmtahan Mərkəzi iyulun 27-28-də keçirilən I və IV qrup üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 

 

15 rayon və şəhərdə imtahan keçirib:

 

 

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı, eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanları keçirib.

 

 

“Jurnalistika” ixtisasına qeydiyyat başlayıb:

 

 

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 12-14 avqust tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

 

Magistraturaya müsabiqənin nəticələri elan olunub:

 

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

 

 

Azərbaycan dili fənni üzrə imtahanın nəticələri açıqlanıb:

 

 

Avqustun 12-də keçirilən Azərbaycan dili fənni (dövlət dili kimi) üzrə imtahanın nəticələri elan olunub.

 

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox