Şagirdlərin əksəriyyəti yaya tətilini mobil telefon, kompüter, onlayn oyunlarla keçirir. Amma amerikalı mütəxəssislər məktəblilərin yay tətini daha səmərəli keçirməli olduqlarını bildirərək, hər şagirdin yay tətilində etməli olduğu 6 məşğuliyyəti açıqlayıblar.
İdman etmək
İdman şagirdlərin həm fiziki, həm zehni yorğunluğu üçün önəmlidir. Hər gün yarım saat belə idman etmək bədəndə qandövranını yaxşılaşdırır. Bunun hər gün təkrarlanması şagirdin növbəti dərs ilində daha gümrah olmasına səbəb olur. Idman həm də beyinə daha çox oksigenin getməsinə səbəb olur. Bu, il boyu yaşanan imtahan streslərini də unutdurur.
Kitab oxumaq
Yeni psixoloji, fəlsəfi,tarixi, mədəniyyət və digər dünyagörüşünü artıracaq kitabları oxumaq yay tətilini daha yaxşı dəyərləndirmək üçün fürsətdir. Bu, növbəti tədris ilində şagirdin özünü daha yaxşı ifadə etməsinə səbəb olacaq.
Təhsil almağa fasilə verməmək
Təhsil yalnız təhsil müəssisələri və qurumlarla məhdudlaşmır. Dünyanın ən uğurlu insanları öyrənməkdən heç vaxt imtina etməyənlərdir. İnternetdə müxtəlif mövzularda olan onlayn dərslərdən yararlanın.
Könüllülük proqramlarına qoşulmaq
Könüllülük xidmətini harada və hansı şəkildə etməyin heç bir fərqi yoxdur. əsas olan yeni dostar qazanmaq, sosial fəaliyyəti gücləndirməkdir.
Yeni xobbilər kəşf etmək
Xobbi stresə üsütün gəlmək, yeni perspektivlər kəşf etmək, bacarıqları inkişaf etdirmək baxımından çox önəmlidir. Bu, növbəti tədris ilində daha bacarıqlı şagird olmanıza şərait yaradacaq.
Ailə üzvləri və dostlarla vaxt keçirmək
Bu, şagirdin növbəti tədris ilində daha bacarıqlı olması üçün lazımlı enerjiyə sahiblənməsinə kömək edəcək.