Azərbaycanda məktəbəqədər, məktəb və ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçiriləcək.
AzEdu.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
"Gələcək indiki nəsildən asılıdır. Yaxın zamanlarda Təhsil Nazirliyi ilə birlikdə həmin müəssisələrə bildirişlər göndəriləcək".