Azedu.az

Alimlərimizin texnoloji inqilabı - Məşhur helikopter istehsalçısından sifariş aldılar - FOTOLAR

Bağçalar

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Uğur hekayələri

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

28 Fevral 2018, 22:08
Alimlərimizin texnoloji inqilabı - Məşhur helikopter istehsalçısından sifariş aldılar - FOTOLAR

Azərbaycan Texniki Universitetinin Maşınşünaslıq Elmi-tədqiqat İnstitutunun və Maşın hissələri kafedrasının yeni ixtirası Ukraynanın “Botoksi” şirkətinin marağını cəlb edib.

Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin AzEDU saytına verdiyi məlumata əsasən, “Botoksi” şirkəti AzTU-nun profesorları Ayaz Abdullayev və Əli Nəcəfov tərəfindən ixtira edilən yeni reduktoru istehsal etdikləri helkopterdə tətbiq etmək niyyətindədir.

Şirkət helikopterlərin baş pərinin həmin bu reduktorla işlədilməsini planlaşdırır. Bununla bağlı “Botoksi” şirkətinin əməkdaşları artıq Bakıda olub və AzTU alimləri ilə ilkin razılıq əldə edilib. Hazırda professor Ayaz Abdullayev və professor Əli Nəcəfovun rəhbərlik etdiyi komanda “Botoksi” şirkətinin bu təklifi ilə bağlı iş aparır.

Qeyd edək ki, sənayedə texnaloji inqilab kimi xarakterizə edilən bu ixtira faydalı iş əmsalının 6 faiz artırılmasına, elektrik mühərrikinin gücünün 25 faiz qənaətinə imkan verir. Sənayenin bütün sahələrinin maşın aqreqatlarında istifadə oluna biləcək bu reduktorların hərbi və mülki sahələrdə də tətbiqi əlverişlidir.

Elmin Nuri

28459330_2040021099371388_1220779972_n.jpg28535990_2040019832704848_1166588083_n.jpg28512648_2040019222704909_1708585672_n.jpg

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox