Azedu.az

Azərbaycan “Ağıllı klaviatura” hazırladı - Dünyada ilk + VİDEO

Bağçalar

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Uğur hekayələri

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

28 Fevral 2018, 21:52
Azərbaycan “Ağıllı klaviatura” hazırladı - Dünyada ilk + VİDEO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Cihazqayırma kafedrası, universitetin “eAzistart” və İnnovasiya mərkəzinin tələbələrlə birlikdə hazırladığı "Smart keyboard"( Ağıllı klaviatura) layihəsini dünya bazarına çıxarmağa hazırlaşır.

AzEDU xəbər verir ki, ağıllı klaviatura bir çox əlifbalardan istifadə edənlər üçün rahatlıq yaradan qurğudur.

Belə ki, istifadəçi hər dəfə əlifbanı dəyişdikdə, seçdiyi əlifbanın simvolları klaviaturanın düymələrində əks olunur. Qurğunun düymələri, həmçinin, xüsusi simvolları əks etdirə bilir.

“Smart keyboard” layihəsi dünyada bir ilkdir və yaxın zamanda dünya bazarına “Made in Azerbaijan” brendi adı altında çıxarılacaq.

Qeyd edək ki, “Smart keyboar  layihəsi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən 12.000 AZN məbləğində qrant udub.

Nəzrin Rüstəmova

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox