Azedu.az

Spiker də “Təhsil haqqında” qanuna irad tutdu: “Belə olmaz axı... ”

Bağçalar

Məktəblər

Kolleclər

Universitetlər

Müəllimlər və elm adamları

12 İyun 2018, 17:10
Spiker də “Təhsil haqqında” qanuna irad tutdu: “Belə olmaz axı... ”

Milli Məclisin sədri Oqtay Əsədov deputatların “Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

AzEdu.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət “Təhsil haqqında” qanun qəbul olunmayıb. 

“Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı. 

Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq”-deyə, parlamentin sədri vurğulayıb. 

Qeyd edək ki, bəzi deputatlar hazırki “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildiriblər, onlar qanunun yenidən hazırlanmasını təklif ediblər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox