Azedu.az

Uşağı vəhşicəsinə döyən \"tərbiyəçi\" işdən qovuldu - Bağça bağlandı (VİDEO)

11 İyun 2018, 16:30
Uşağı vəhşicəsinə döyən \
Bakıda fəaliyyət göstərən "Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.
 
AzEdu.az xəbər verir ki, bağçadan axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.
 
"Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, - bağçadan bildirilib.
 
Qeyd edək ki, bu gün Azxəbər.com saytı "Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.
 
Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox