Azedu.az

Xaçmazda 3 uşaq bağçası əsaslı təmir olunur

Bağçalar

11 Avqust 2020, 13:54
Xaçmazda 3 uşaq bağçası əsaslı təmir olunur

Xaçmaz rayonunda 3 uşaq bağçası əsaslı təmir olunur.

 

AzEdu.az xəbər verir ki, Xaçmaz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında aparılan təmir işləri çərçivəsində müasir standartlara uyğun yeni dərs otaqlarının tikintisi aparılır. Bağçanın ümumi layihəsi dəyişdirilərək, binanın rəmzi olaraq göyərçin formasında görünüşü təmin edilib.

 

Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağça körpələrin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunacaq. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılır.

 

Bununla yanaşı, hazırda rayonun Qusarçay və Həsənqala kəndlərindəki uşaq bağçalarında da əsaslı təmir işləri aparılır.

 

Azərtac

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox