Azedu.az

Uşaqlarını hazırlıq qruplarına qoymaq istəyənlərin ən çox verdikləri sual-Bunlara mütləq əməl edin  

Bağçalar

10 Sentyabr 2019, 16:10
Uşaqlarını hazırlıq qruplarına qoymaq istəyənlərin ən çox verdikləri sual-Bunlara mütləq əməl edin   

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

AzEdu.az valideynlərin məktəbəhazırlıq qrupları ilə bağlı ən çox verdikləri sualları cavablandırmaqda davam edir.

Sual:

-2 uşağımı məktəbəhazırlıq qrupları üçün qeydiyyatdan keçirmişəm. Qardaşımın övladlarını da eyni qayda ilə qeydiyyatdan keçirə bilərəm? Yoxsa, azyaşlı sayı ilə bağlı müəyyən bir limit nəzərdə tutulub?

Cavab:

-Xeyr. Yalnız valideyni və ya qanuni nümayəndəsi azyaşlını qeydiyyatdan keçirmək hüququna malikdir.

Bundan əlavə, valideynin yalnız 3 azyaşlını qeydiyyatdan keçirmək hüququ var. Əlavə uşaq qeydiyyatdan keçirmək üçün azyaşlının sənədini skan olunmuş formada əlaqə bölməsinə yükləmək lazımdır.

Qeyd edək ki, valideynlər şəhər və rayonlar üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş alternativ qeydiyyat mərkəzlərindən istifadə edə bilərlər. Ərizələrin onlayn qeydiyyatı sentyabrın 25-dək davam edəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox