Azedu.az

Oğuzda uşaq bağçası uçdu - FOTOLAR

Bağçalar

28 Aprel 2018, 00:45
Oğuzda uşaq bağçası uçdu - FOTOLAR

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasının bir hissəsi uçub.

Sputnik.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib. Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.

Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bina son illər qəzalı vəziyyətə düşüb.

Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox