Azedu.az

Uşaq bağçasında uçqun oldu

Bağçalar

27 Aprel 2018, 15:33
Uşaq bağçasında uçqun oldu

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.

AzEDU.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.

Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.

Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox