Dünyanın ən yaxşı uşaq bağçası sayılan Fuji bağçasında uşaqlar sözün əsl mənasında, sehrli məkanda təhsil alırlar. Bağça Yaponiyanın paytaxtı Tokioda yerləşir. Tezuka Arxitektura Mərkəzi tərəfindən inşa edilən binanın oval damı uşaqlar üçün oyun meydançası olmaqla yanaşı, ağaclar da birbaşa sinif otaqlarına açılır. Bu məktəbəqədər təhsil müəssisəsi dairə şəklində hazırlanıb.
Uşaqların sərbəst olacağı bağça necə dizayn olunmalıdır?
Takaharu Tezuka binanı dizayn edərkən bir uşaq kimi düşündüyünü deyir:
"İndi qızım və oğlum on iki və on doqquz yaşına çatıblar. Uşaqlarım böyüdükcə onların vərdiş və istəkləri, mənim öz vərdiş və istəklərimə çevrilib. Bu səbəblə də uşaqlarımın arzularını gerçəkləşdirməyə başladım”.
AzEdu.az dünyanın ən maraqlı bağçasının fotolarını təqdim edir: