Azedu.az

Sumqayıtda uşaq bağçası yandı - Uşaqlar təxliyə olundu

Bağçalar

22 May 2019, 12:14
Sumqayıtda uşaq bağçası yandı - Uşaqlar təxliyə olundu

Sumqayıt şəhərində yanğın olub.

AzEdu.az ONA-ya istinadən xəbər verir ki, yanğın şəhərin 1-ci mikrorayonunda yerləşən 13 saylı bağçada qeydə alınıb. İstifadəyə yararsız olan və keçid kimi istifadə olunan dəhlizdə taxta tullantıları 20 kvadratmetr sahədə yanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bağçada olan uşaqlar təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox