Azedu.az

Yevlaxda uşaq bağçasında yanğın olub

16 Aprel 2018, 05:03
Yevlaxda uşaq bağçasında yanğın olub

Yevlax şəhərində yanğın hadisəsi baş verib.

AzEDU.az FHN-ə istinadən xəbər verir ki, Yevlax şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaqda yataq dəstləri yanıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yanğını qısa zamanda söndürüblər. Bina yanğından mühafizə olunub.

Yanğının səbəbi bilinmir.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox