Son günlər birinci siniflərə qəbulla bağlı suallar bitib-tükənmək bilmir. Qeyd edək ki, cəmi bir neçə gündən sonra- martın 13-də birinci siniflərə qəbul aparılacaq.
AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən bu istiqamətdə ən çox verilən suallardan birinin cavabını valideynlərin diqqətinə çatdırır:
Xatırlatma üçün - Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur.
Birinci sinfə elektron qeydiyyat isə martın 13-də başlayacaq.
Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac varmı? Bildiyimiz qədər məktəbəhazırlıq qruplarındakı uşaqların I sinifdə də eyni müəllimə həvalə olunması nəzərdə tutulur...
Cavab: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.