Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Qarakişiyev Məhəmməd

 

 7 Oktyabr 1981-ci ildə Balakən rayonu Talalar kəndində anadan olub.1999-cu ildə Gəncə Dövlət Universitetinin Filologiya (İngilis dili) fakültəsinə daxil olub. 2003-cü ildə ixtisası üzrə Bakalavr dərəcəsi alaraq həmin il Universitetin Tərcümə nəzəriyyəsi və dillərarası əlaqə fakültəsinə  daxil olub, universiteti Fərqlənmə diplomu  ilə bitirərək  Magistr dərəcəsi alıb.

 2007-cı ildə Balakən rayonu  Akademik  Zərifə  Əliyeva adına 3 saylı orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyətə başlayıb.

Məhəmməd Qarakişiyev  fəaliyyət göstərdiyi tədris illərində qabaqcıl, bacarıqlı və innovativ müəllim kimi fərqlənib, şagird və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Məhəmməd Qarakişiyevin tələbələri təkcə Azərbaycanda deyil, həmçinin Amerika, Avropanın ali təhsil ocaqlarında təhsil alırlar.

Məhəmməd Qarakişiyev dərslərində müasir texnoloji vasitələrdən istifadə etməklə şagirdlərin yüksək bilik və bacarıqlar əldə etməsinə səy göstərir.  Tədrisdən kənar qalan uşaqların məktəbə cəlbi üçün layihə yazmış, işlədiyi müddətdə məktəbdə İngilis dilinin keyfiyyətli tədrisi üçün bir çox işlər görüb. Məsələn:  Balakən rayonunda ilk dəfə olaraq təmənnasız  “ Danışıq klubu” (Conversation club), məktəbdə çalışan  Sülh Korpusunun ABŞ-dan olan Könüllüsü ilə qrant əsasında  rayonda ilk “ Resurs Otağı ”  tərtib etmişdir ki, bu otaqda müasir texnololoji vasitələrindən istifadə edilərək müxtəlif  fənnlərin keyfiyyətli tədrisi həyata keçirilir. Bu nailiyyətlərlə kifayətlənməyərək  o, 2012-ci ildə  rayondan  ilk ingilis dili müəllimi kimi ABŞ Dövlət Departamentinin müsabiqə əsasında orta məktəb müəllimləri üçün keçirdiyi ABŞ-da mübadilə programının( TEA) qalibi olmuş, proqram əsasında ABŞ-ın müxtəlif  universitetlərində və məktəblərində İKT-nin tədrisdə tətbiqi, kurikulum və müxtəlif təlim kurslarında aktiv iştirak edərək  müvəffəqiyyət sertifikatlarına layiq görülüb. ABŞ-da olduğu müddətdə bir azərbaycanlı kimi, vətənpərvəlik borcunu yerinə yetirərək  “Azərbaycanın Təqdimatı və Tarixi ” mövzusunda Şimali Karolina Ştatının müxtəlif  tədris ocaqlarında tarixi-coğrafi seminarlar keçirmiş və həmçinin tədris apardığı “ Watagua High School ”-da təlimlər təşkil edib. Proqram əsasında qazandığı təcrübəni Azərbaycanda paylaşmaq və tətbiq etmək üçün 2014- cü ildə Azərbaycanın ucqar  rayon və şəhərlərindən olan bir çox İngilis dili müəllimləri üçün

“ İngilis dili müəllimlərinin tədris metodlarının inkişafı ” adlı  7 günlük təlim təşkil edib.

 Məhəmməd Qarakişiyev Cənab Prezident  İlham Əliyevin fərmanınına əsasən  2013-2014-cü tədris illərində yüksək nəticə ilə " İLİN ƏN YAXŞI MÜƏLLİMİ " mükafatına layiq görülüb.

 Məhəmməd Qarakişiyevin yuxarida sadalanan və digər nəaliyyətləri beynəlxalq arenada da yüksək qiymətləndirilərək 2015- ci  ildə " GLOBAL TEACHER  PRİZE" (DÜNYA MÜƏLLİMİ MÜKAFATI) və ya “ Müəllimlərin Nobeli ” adlandırılan  mükafata layiq görülüb.Bu möhtəşəm müsabiqədə Post -Sovet ölkələri arasında  Azərbaycanı 50 finalçı arasında təmsil edən yeganə Azərbaycanlı müəllim olmuşdur. Hər il keçirilən “Dünya Təhsil və Bacarıqlar “Forumuna dəvət alan yeganə Azərbaycanlı müəllimdir.

O həmçinin Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən keçirilən ilk Beynəlxalq  Müəllimlər Vitual Sammitində Azərbaycanı dünyanın 192 ölkəsi arasında təmsil edən yeganə müəllimdir.

Buraxılış İmtahanlarına hazırlaşan Abituriyentlər üçün ilk dəfə disklə təchiz olunmuş dörd dərsliyin müəllifidir. Müəllifi olduğu tədris vəsaitləri vasitəsilə buraxılış imtahanlarına hazırlaşan abituriyentlər yüksək nəticələr əldə edərək Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olma imkanı əldə edirlər.